Rusiyada yük maşınlarının çatışmazlığı səbəbindən tariflər artırıldı

Dünya

11.06.2025 13:08

May ayının nəticələrinə görə, Rusiyada yükdaşımaların orta tarifləri nəqliyyat vasitələrinin çatışmazlığı səbəbindən artıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Kommersant” nəşri “Monopoly” logistik platformasının məlumatlarına istinadən yazıb.

Qeyd olunub ki, may ayında tariflər 66,4 rubl/km-ə çatıb və bununla da 2024-cü il səviyyəsinə (68,7 rubl/km) yaxınlaşıb. Artımın əsas səbəbi kimi avtomobil parkının azalması göstərilib.

"Tariflərin artımına ən nəzərəçarpacaq təsir mövcud nəqliyyatın həcminin azalmasıdır. Bəzi şirkətlər dövriyyə kapitalının azalması səbəbindən öz avadanlıqlarından imtina ediblər", - şirkətin direktoru Lev Starikovski bildirib.

Nəşr yazır ki , tariflərin artmasının digər səbəbləri arasında sürücü çatışmazlığı, tikinti materiallarına mövsümi tələbat və ucuz kreditlər sayəsində 30-40% aşağı qiymət təklif edən Çin daşıyıcılarının dempinqi daxildir.

Töhfə Səməd

tag: Rusiya,Yükdaşıma,Artım ,Tarif,Nəqliyyat ,todaypress.tv,