İranın limanına endirilən hava zərbələrinin ilk görüntüləri yayıldı - VİDEO

Dünya

02.05.2026 18:26

İranın strateji əhəmiyyətli İmam limanında yerləşən neft-kimya kompleksinə endirilən hava zərbələrinin ilk kadrları sosial şəbəkələrdə paylaşılıb.

TodayPress TV xəbər verir ki, müəssisənin müşahidə kameraları tərəfindən qeydə alınan görüntülərdə güclü partlayış anları və işçilərin təşviş içində sığınacaqlara qaçması əks olunub.

Qeyd edək ki, hücuma məruz qalan obyekt Mahşəhr rayonunda yerləşir və İranın ən mühüm sənaye, neft-kimya mərkəzlərindən biri hesab olunur.

Videogörüntülərdə ard-arda baş verən partlayışlar və müəssisə ərazisində yaranan panika aydın görünür:


Aysel Mətləb

TodayPress TV

tag: İran,Zərbə,Liman,İmam,TodayPress TV,