İranda öldürülən tələbə və müəllimlərin sayı açıqlandı

İranda öldürülən tələbə və müəllimlərin sayı açıqlandı
29.03.2026 22:40 Dünya
ABŞ-İsrail müharibəsinin başlanğıcından bəri ən azı 250 tələbə və müəllim öldürülüb, 600 təhsil müəssisəsinə hücum edilib.
TodayPress TV xəbər verir ki, bu barədə İran Təhsil Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr Mərkəzinin rəhbəri Hüseyn Sadeqi bildirib.
O qeyd edib ki, hücumlarda 184 tələbə və müəllim də yaralanıb.
Təkcə Tehranda 16 tələbə və beş müəllim həlak olub, 8 tələbə və 5 müəllim isə yaralanıb.
Sadeqinin sözlərinə görə, 28 fevraldan bəri təxminən 200 inzibati, mədəni və təhsil müəssisəsinə ziyan dəyib.

XƏBƏR LENTİ
22 IYUN 2026
Bütün Xəbərlər