Rusiyada general güllələndi

Rusiyada general güllələndi
07.02.2026 12:20 Dünya

Moskvada Rusiya Müdafiə Nazirliyinin general-leytenantı Vladimir Alekseyev güllələnib.

TodayPress TV xəbər verir ki, Rusiya İstintaq Komitəsinin məlumatına görə, 64 yaşlı V.Alekseyev Volokolamsk şosesində yerləşən yaşayış binalarından birində bir neçə güllə yarası alıb və xəstəxanaya yerləşdirilib.

Hadisədən sonra hücumçu qaçıb. Rəsmi qurumlar generalın vəziyyəti ilə bağlı hələlik açıqlama verməyib. 

Faktla bağlı cinayət işi açılıb. 

Qeyd edək ki, V.Alekseyev Rusiya Müdafiə Nazirliyinin Baş Qərargahının Baş Kəşfiyyat İdarəsi rəisinin birinci müavinidir.

Qiymət Mahir

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər