Rusiya Zaporojyeni aviasiya bombası ilə vurdu: ölənlər və yaralılar var

Rusiya Zaporojyeni aviasiya bombası ilə vurdu: ölənlər və yaralılar var
28.06.2026 18:55 Dünya

Rusiyanın Ukraynanın Zaporojye bölgəsinə hücumu nəticəsində iki nəfər həlak olub, 16 nəfər yaralanıb.

TodayPress TV xəbər verir ki, bu barədə regional hərbi administrasiyanın rəhbəri İvan Fedorov özünün Telegram kanalında məlumat verib.

Onun sözlərinə görə, Rusiya qoşunları Zaporojye bölgəsindəki Şevçenkivske kəndinə aviasiya bombası ilə hücum həyata keçirib.

"İki nəfər ölüb, 16 nəfər yaralanıb – düşmənin Zaporojyeyə hücumu nəticəsində ölənlərin sayı artır. 53 yaşlı qadın həlak olub. Digər qurbanın şəxsiyyəti müəyyən edilir", - deyə o yazıb.

Yaralılar arasında iki uşağın olduğu bildirilib.

TodayPress TV

XƏBƏR LENTİ
28 IYUN 2026
Bütün Xəbərlər