Ekstremal istilərin acı nəticəsi: Fransada ölüm halları kəskin artdı

Ekstremal istilərin acı nəticəsi: Fransada ölüm halları kəskin artdı
28.06.2026 18:40 Dünya

Fransada ekstremal istilər səbəbindən iyunda ötən illərin analoji dövrləri ilə müqayisədə 1000 daha çox ölüm halı qeydə alınıb.

TodayPress TV xəbər verir ki, bu barədə Fransanın Milli İctimai Səhiyyə Agentliyi məlumat yayıb.

Ölənlərin əksəriyyəti 65 yaşdan yuxarı şəxslərdir. Agentlik qocalar evlərindən və internatlardan məlumatlar daxil olduqdan sonra məyusedici göstəricinin artacağını istisna etməyib.

Fransanın səhiyyə naziri Stefani Rist xəbərdarlıq edib ki, istilərin fəsadları temperatur aşağı düşdükdən sonra 10 günədək öz təsirini göstərə bilər. "Bu, hələ başa çatmayıb", - o bildirib.

Agentlik qeyd edir ki, istilər şərqə doğru irəliləyir. Fransanın əksər regionlarında temperatur enib, lakin şimal-şərqdə hava təhlükəsi ilə bağlı xəbərdarlıqlar qüvvədə qalır. Hakimiyyət orqanları vətəndaşları ehtiyat tədbirlərinə riayət etməyə və yaşlı insanlara diqqət ayırmağa çağırır.

Alimlər qeyd edirlər ki, iyunun 20-də başlayan anоmal istilər Avropada bütün müşahidələr tarixi ərzindəki rekordları yeniləyib. ​Bu, onlarla insanın ölümünə səbəb olub, elektrik stansiyalarının işini pozub və bir sıra ölkələrin infrastrukturuna ziyan vurub.

TodayPress TV

XƏBƏR LENTİ
28 IYUN 2026
Bütün Xəbərlər