Türkiyədə əməliyyat: 409 nəfər saxlanıldı

Türkiyədə əməliyyat: 409 nəfər saxlanıldı
28.06.2026 15:20 Dünya

Türkiyənin 29 vilayətində dələduzluq, qanunsuz mərc oyunları və digər onlayn cinayətləri törədənlərə qarşı əməliyyatlar keçirilib, 409 nəfər saxlanılıb.

TodayPress TV xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

"Kibercinayətkarlıqla mübarizə çərçivəsində son 6 gündə əməliyyatlarda 409 şübhəli saxlanılıb", - DİN-in məlumatında bildirilib.

Qeyd olunub ki, saxlanılanlardan 213-ü həbs edilib, 117-si barəsində məhkəmə nəzarəti tədbirləri tətbiq olunub. Digərləri ilə bağlı araşdırma işləri davam edir.

TodayPress TV

XƏBƏR LENTİ
28 IYUN 2026
Bütün Xəbərlər