Rusiya Ukraynaya məxsus “MiQ-29” təyyarəsini vurdu - VİDEO
Rusiya Müdafiə Nazirliyi Ukraynaya məxsus iki “MiQ-29” qırıcı təyyarəsinin məhv edildiyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, nazirliyin məlumatına görə, hadisə Nikolayev vilayətində yerləşən Voznesensk aerodromu ərazisində baş verib.
Bildirilib ki, təyyarələr “Geran-4 Seeker” tipli pilotsuz uçuş aparatı ilə vurulub.
Rusiya tərəfi həmçinin əməliyyat zamanı döyüş təyyarələri və yerüstü dəstək avadanlıqlarının hədəf alındığını göstərən görüntülər yayıb.
Türkan İsgəndərli