Rusiya Taylandın sərhəd bölgələrinə səfər etməməyi tövsiyə etdi

Dünya

17.12.2025 12:27

Rusiya səfirliyi Tayland–Kamboca sərhədində yaranmış gərginliklə bağlı açıqlama verib.

TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, Diplomatik nümayəndəlik münaqişənin kəskinləşməsi səbəbindən Rusiya vətəndaşlarına Kamboca ilə həmsərhəd olan Taylandın yeddi əyalətinə səfər etməməyi tövsiyə edib.

Məlumatya görə, söhbət Ubon Ratchathani, Sisaket, Surin, Buriram, Sa Kaeo, Chanthaburi və Trat əyalətlərindən gedir.

Səfirlik həmçinin Rusiya vətəndaşlarını Tayland hakimiyyət orqanlarının rəsmi məlumatlarını diqqətlə izləməyə çağırıb.

Qeyd edək ki, son günlər Tayland və Kamboca sərhədində gərginlik artıb. Tayland tərəfi Kambocanı Buriram əyalətində mülki ərazilərə hücum etməkdə ittiham edib. Bildirilir ki, tərəflər arasında qarşılıqlı zərbələr endirilib, nəticədə hər iki ölkənin ordusu itkilər verib. Tayland cavab olaraq F-16 qırıcı təyyarələrini bölgəyə cəlb edib.

Xatırladaq ki,Taylandın Baş naziri Anuthin Chanvirakun sərhəddə döyüşlərin davam etdiriləcəyini açıqlayıb.

Jalə Rövşən

TodayPress TV

tag: Tayland,Rusiya,Kamboca ,Anuthin Chanvirakun,Todaypress.tv,