Rusiya Qazaxıstanda Baş Konsulluq açacaq
Qazaxıstanın Aktau şəhərində Rusiyanın Baş Konsulluğu açılacaq.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiyanın Baş naziri Mixail Mişustin tərəfindən imzalanan müvafiq sərəncam rəsmi hüquqi informasiya portalında dərc edilib.
Sərəncama əsasən, nümayəndəliyin açılması və saxlanılması xərcləri federal büdcədən Rusiya XİN-in xarici fəaliyyəti üçün ayrılmış vəsaitlər hesabına maliyyələşdiriləcəkdir.
Aysel Mətləb