Rusiya nümayəndə heyətinin İstanbul danışıqlarındakı tərkibi dəyişmədi
İstanbulda keçiriləcək Rusiya–Ukrayna danışıqları öncəsi Rusiya nümayəndə heyətinin tərkibi dəyişməz olaraq qalır.
TodayPress TV xəbər verir ki, bu barədə "TASS" agentliyi məlumat yayıb.
Bildirilib ki, nümayəndə heyətində əvvəlki kimi 4 əsas üzv və 4 ekspert iştirak edəcək.
Qeyd edək ki, danışıqların əsas müzakirə mövzuları arasında əsirlərin dəyişdirilməsi, humanitar məsələlər və atəşkəs imkanları yer alır.
Töhfə Səməd