Rusiya: Ermənistan-Aİ yaxınlaşması münasibətlərə zərər verəcək

Dünya

30.01.2026 09:54

"Ermənistanın Avropa İttifaqı ilə sürətlə yaxınlaşması Rusiya ilə müttəfiqlik münasibətlərinə və postsovet məkanında inteqrasiya proseslərinə mənfi təsir göstərə bilər".

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Avropa məsələləri departamentinin direktoru Vladislav Maslennikov "TASS" agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Aİ-nin getdikcə aqressiv hərbi-siyasi alyansa çevrilməsi və Rusiyaya qarşı yönəlmiş kursu fonunda Ermənistanın bu quruma qoşulmaq niyyəti Moskvada narahatlıq doğurur.

Maslennikov qeyd edib ki, Ermənistan Avrasiya İqtisadi Birliyinin (AİB) üzvü kimi Brüssel ilə yaxınlaşmanın mümkün mənfi nəticələrini dərk etməlidir. Eyni zamanda, o vurğulayıb ki, Rusiya digər dövlətlərin inteqrasiya birliklərini seçmək hüququna hörmətlə yanaşır.

Türkan İsgəndərli

TodayPress TV

tag: Ermənistan,Aİ,Rusiya,Münasibət,Todaypress.tv,