Rusiya dağılır - Xalq Putindən əl çəkmir - SORĞU
Rusiyada “İctimai Rəy Fondu” tərəfindən 5–7 iyun tarixlərində 1,5 min nəfər arasında aparılan sorğunun nəticələri açıqlanıb.
TodayPress TV xəbər verir ki, sorğunun nəticələrinə əsasən, respondentlərin 73 faizi Rusiya Prezidenti Vladimir Putinə etimad etdiyini bildirib. İştirakçıların 75 faizi isə onun dövlət başçısı kimi fəaliyyətini müsbət qiymətləndirib.
Həmçinin, hökumətin işinə müsbət münasibət bildirənlərin payı 46 faiz təşkil edib. Baş nazir Mixail Mişustinin fəaliyyətini isə respondentlərin 52 faizi yaxşı qiymətləndirib.
Xanım Musayeva