Rusiya bazarı Ermənistan balıqçıları üçün bağlanır - Məhdudiyyət qoyuldu

Rusiya bazarı Ermənistan balıqçıları üçün bağlanır - Məhdudiyyət qoyuldu
26.06.2026 09:49 Dünya

Rusiya Ermənistandan balıq və balıq məhsullarının idxalına məhdudiyyət tətbiq edib.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiyanın Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidməti (Rosselxoznadzor) məlumat yayıb.

Məlumata görə, qərar Ermənistanın bütün balıqçılıq müəssisələrini əhatə edir. Məhdudiyyətin hansı səbəbdən tətbiq olunduğu və nə qədər qüvvədə qalacağı hələlik açıqlanmayıb.

Qeyd edək ki, Rusiya Ermənistanın balıq və balıq məhsullarının ixracı üçün əsas bazarlardan biri hesab olunur. Bu səbəbdən qərarın Ermənistanın balıqçılıq sektoruna iqtisadi təsir göstərə biləcəyi bildirilir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
26 IYUN 2026
Bütün Xəbərlər