Rumıniya XİN rəhbəri Ukraynaya getdi

Rumıniya XİN rəhbəri Ukraynaya getdi
07.08.2025 16:09 Dünya

Rumıniyanın xarici işlər naziri Oana Silvia Çoyu avqustun 7-də Kiyevə səfər edib və bir sıra görüşlər keçirib.

TodayPress TV xəbər verir ki, bu, onun vəzifəyə gəldikdən sonra Ukraynaya ilk səfəridir.

Çoyu bildirib ki, bu səfər Ukrayna ilə sarsılmaz həmrəyliyin göstəricisidir. O, yüksək vəzifəli ukraynalı rəsmilərlə danışıqlar aparıb və səfərini Çernivtsiyə davam etdirəcək.

Nazir həmçinin rus ordusunun bir il əvvəl atəşə tutduğu Oxmatdet Uşaq Xəstəxanasına baş çəkib və Milli Xərçəng İnstitutundakı Superqəhrəmanlar Məktəbində olub.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər