Rubio İranla müharibənin daha 2-4 həftə davam edəcəyini bildirdi
ABŞ dövlət katibi Marko Rubionun həmkarlarına İrana qarşı hücumların daha 2-4 həftə davam edəcəyini bildirib.
TodayPress TV “Axios”a istinadən xəbər verir ki, bu barədə o, Fransada keçirilən G7 xarici işlər nazirlərinin görüşünün ardından jurnalistlərlə görüşündə danışıb.
Görüşdə Rubio ABŞ-nin də İranla ciddi danışıqlar aparmağa yaxın olduğunu qeyd edərək, bölgəyə çox sayda yeni ABŞ əsgərinin yerləşdirildiyini və Tramp administrasiyasının da gərginliyi artıra biləcək variantları nəzərdən keçirdiyini bildirib.
O, ABŞ-nin İrana qarşı bütün məqsədlərinə çatmaqda qərarlı olduğunu vurğulayıb.
Aysel Mətləb