Rubio İranla danışıqlarda irəliləyiş olduğunu bildirdi

Rubio İranla danışıqlarda irəliləyiş olduğunu bildirdi
27.03.2026 06:30 Dünya

"Vaşinqton və Tehran arasındakı danışıqlar prosesində müəyyən irəliləyiş əldə olunub".

TodayPress TV "CNN" telekanalına istinadən xəbər verir ki, bunu ABŞ-nin Dövlət katibi Marko Rubio bildirib.

"Mesajların ötürülməsini həyata keçirən vasitəçi ölkələr var və irəliləyiş, müəyyən konkret irəliləyiş əldə olunub", - deyə ABŞ Dövlət Departamentinin rəhbəri qeyd edib.

Bununla belə, telekanal qeyd edib ki, Rubio İran tərəfində dialoqun məhz kiminlə aparıldığını açıqlamayıb. O vurğulayıb ki, danışıqlar prosesi "fasiləsiz və dinamik xarakter" daşıyır.

Dövlət Departamentinin rəhbəri həmçinin hesab edib ki, digər ölkələr Hörmüz boğazı vasitəsilə gəmiçiliyin bərpasında maraqlı olmalıdırlar:

"Digər dövlətlər oradan bizə nisbətən xeyli çox yanacaq əldə edirlər".

Xatırladaq ki, daha əvvəl ABŞ-nin Yaxın Şərq münaqişəsinə son qoymaq üçün İran hakimiyyətinə 15 maddəlik plan göndərdiyi qeyd edilib.

TodayPress TV

XƏBƏR LENTİ
22 IYUN 2026
Bütün Xəbərlər