Rubio G7 ölkələrindən Hörmüz boğazındakı missiyada iştirak etməsini istədi

Rubio G7 ölkələrindən Hörmüz boğazındakı missiyada iştirak etməsini istədi
31.03.2026 20:55 Dünya

ABŞ dövlət katibi Marko Rubio G7 həmkarları ilə danışıqlar zamanı onlardan Hörmüz boğazında təhlükəsizliyi təmin etmək üçün beynəlxalq missiyada iştirak etmələrini istəyib.

TodayPress TV xəbər verir ki, bu barədə “Axios” mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, dövlət katibi ABŞ-nin boğazın açılmasında G7-nin köməyinə ehtiyacı olmadığını, lakin bu dövlətlərin regionda hərbi əməliyyatlar bitdikdən sonra beynəlxalq dəniz koalisiyasında iştirak etməsini istədiyini bildirib.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər