Roma Papası Yaxın Şərqdə atəşi dayandırmağa çağırdı

Roma Papası Yaxın Şərqdə atəşi dayandırmağa çağırdı
15.03.2026 17:35 Dünya

Roma Papası XIV Leo yenidən Yaxın Şərqdə atəşi dayandırmağa, dialoqu bərpa etməyə çağırıb.

TodayPress TV  xəbər verir ki, XIV Leo Yaxın Şərq xalqlarının iki həftədir müharibənin dəhşətli zorakılığından əziyyət çəkdiyini, minlərlə günahsız insanın həlak olduğunu, çoxlu sayda insanın evlərini tərk etməyə məcbur qaldığını bildirib.

Roma Papası, həmçinin Livandakı vəziyyətin də ciddi narahatlıq doğurduğunu vurğulayıb: “Atəşi dayandırın! Qoy dialoq yenidən başlasın! “Zorakılıq heç vaxt insanların gözlədiyi ədalətə, sabitliyə və sülhə gətirib çıxarmayacaq”.

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər