Rejissorun "Oskar" mükafatı itdi

Dünya

01.05.2026 18:45

Məşhur sənədli film yaradıcısı Pavel Talankin Nyu-Yorkun Con F. Kennedi adına beynəlxalq hava limanında gözlənilməz hadisə ilə qarşılaşıb.

TodayPress TV xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

Məlumata görə, rejissorun nüfuzlu "Oskar" heykelciyi təhlükəsizlik əməkdaşları tərəfindən əlindən alındıqdan sonra itkin düşüb.

Talankin Nyu-Yorkdan Frankfurta uçmağa hazırlaşarkən, Nəqliyyat Təhlükəsizliyi İdarəsinin (TSA) əməkdaşları 3.5 kiloqramlıq heykəlciyin təyyarədə "silah kimi istifadə oluna biləcəyini" iddia edərək, onun salona keçirilməsinə icazə verməyiblər.

Rejissorun bildirdiyinə görə, əvvəlki uçuşlarda heç bir problem yaşamasa da, bu dəfə təhlükəsizlik xidməti "Lufthansa" rəsmilərinin vasitəçilik cəhdlərini də rədd edib.

Mükafatın xüsusi qoruyucu çamadanı olmadığı üçün o, sadə bir karton qutuya yerləşdirilib. Heykəlcik hava limanı işçiləri tərəfindən qablaşdırılaraq baqaj bölməsinə göndərilib. Rejissor Almaniyaya çatdıqda isə qutunun mənzil başına çatmadığı məlum olub.

Pavel Talankin baş verənləri "tamamilə anlaşılmaz" adlandırıb. O, mükafatın qablaşdırılma prosesini videoya çəkdiyini və hazırda heykəlcikin rəsmən itkin düşmüş hesab edildiyini vurğulayıb. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, Pavel Talankin "Cənab heç kim Putinə qarşı" (Citizen K) kimi tanınmış sənədli layihələrin üzərində çalışmış komandanın üzvüdür.

Türkan İsgəndərli

TodayPress TV

tag: Oskar,Mükafat,Hava limanı,Pavel,Todaypress.tv,