Quterreş Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyi üzrə qrup yaradır

Quterreş Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyi üzrə qrup yaradır
27.03.2026 21:40 Dünya

BMT-nin Baş katibi Antonio Quterreş Hörmüz boğazında naviqasiya təhlükəsizliyi üzrə işçi qrup yaradıb.

TodayPress TV xəbər verir ki, bu barədə jurnalistlər üçün keçirilən brifinqdə BMT Baş katibinin sözçüsü Stefan Dujarrik danışıb.

O, yeni qrupun işinin boğazdan gübrə və xammalın daşınmasını asanlaşdırmaq məqsədi daşıdığını bildirib və əlavə edib ki, qrupa BMT-nin Layihə Xidmətləri Ofisinin rəhbəri Jorge Moreira da Silva rəhbərlik edəcək.

"İşçi qrupunun əsas məqsədi Hörmüz boğazında humanitar ehtiyacları ödəmək üçün xüsusi olaraq hazırlanmış texniki mexanizmləri hazırlamaq və təklif etməkdir" - deyə o qeyd edib.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər