Qüdsdə atışma baş verdi

Qüdsdə atışma baş verdi
08.09.2025 13:47 Dünya

Sentyabrın 8-də səhər saatlarında İsrailin Qüds şəhərində silahlı hücum baş verib. 

TodayPress TV xəbər verir ki, İsrail mediası məlumat yayıb.

Atışma nəticəsində azı 5 nəfər həlak olub, 10-a yaxın insan yaralanıb.

Onlardan beşinin vəziyyəti ağırdır.

İsrail polisi hücumun terror aktı ola biləcəyini bildirib. Hadisəni törədən iki silahlı şəxs yerindəcə zərərsizləşdirilib.

Hazırda əraziyə təhlükəsizlik qüvvələri cəlb olunub, insidentlə bağlı araşdırma aparılır.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər