Qorxulu proqnoz verildi: Finlandiya hərəkətə keçdi!

Dünya

04.05.2026 10:07

Finlandiyanın hava məkanında pilotsuz aparatlarla bağlı yeni pozuntular gözlənilir.

TodayPress TV xəbər verir ki, bu barədə Finlandiyanın Milli Koalisiya Partiyasından deputat Yarno Limnell bildirib.

Onun sözlərinə görə, hücumların davam etməsi halında bu cür insidentlər qaçılmaz olacaq.

Limnell qeyd edib ki, ölkə yaxınlığında hərbi əməliyyatların getməsi fonunda belə hallar gözləniləndir və hakimiyyət artıq yüksək hazırlıq vəziyyətindədir.

Qeyd olunur ki, mayın 3-də Finlandiya Rusiya ilə sərhəd ərazidə pilotsuz uçuşlara qadağa tətbiq edib.

Həmin gün Baş nazir Petteri Orpo Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündə bu cür pozuntuların qəbuledilməz olduğunu bildirib.

Məlumata görə, əvvəllər Ukraynaya məxsus bir neçə dron Finlandiyanın hava məkanını pozub, onlardan biri Koivola yaxınlığında düşüb.

Qiymət Mahir

tag: Limnell ,Ukrayna,Finlandiya,Rusiya,TodayPress TV,