Qəzzada partlayış- İsrailin iki hərbçisi yaralandı

Qəzzada partlayış- İsrailin iki hərbçisi yaralandı
13.12.2025 21:30 Dünya

Qəzza zolağının cənubunda baş verən partlayış nəticəsində İsrailin iki hərbçisi yaralanıb.

TodayPress TV xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.

"Qəzza zolağının cənubundakı terror infrastrukturunun məhv edilməsi zamanı partlayıcı qurğunun işə düşməsi nəticəsində iki hərbçi yüngül yaralanıb", - bəyanatda bildirilib.

Qeyd olunub ki, tibbi yardım üçün əsgərlər hospitala təxliyə edilib.

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər