Qeyri-adi təhlükəsizlik yoxlaması Almanlardan da yan keçmədi - VİDEO
Almaniya milli futbol komandası 2026-cı il Dünya Kuboku çərçivəsində ABŞ-dən Kanadaya yola düşərkən qeyri-adi təhlükəsizlik proseduru ilə üzləşib.
TodayPress TV xəbər verir ki, "BILD" qəzetinin məlumatına görə, komandanın futbolçuları təyyarəyə minməzdən əvvəl hava limanının uçuş zolağında yoxlanılıb.
Məlumata əsasən, oyunçular pasport nəzarətindən keçib, çantaları yoxlanılıb və metal detektorlarından istifadə olunub. Prosedur ABŞ-nin Uinston-Salem şəhərində yerləşən Smit Reynolds hava limanında həyata keçirilib.
Qeyd olunur ki, Almaniya millisi daha sonra Torontoya yola düşüb və burada DÇ-2026-nın qrup mərhələsində Kot-d'İvuar yığması ilə qarşılaşacaq.