Qazaxıstan AZAL təyyarəsinin qəzalarının texniki səbəblərini araşdırır

Dünya

20.03.2026 13:46

Qazaxıstan 2024-cü ilin dekabrında Aktauda qəzaya uğrayan AZAL təyyarəsinin texniki səbəblərinin araşdırılması üçün bütün ekspertiza nəticələrini avadanlıq istehsalçılarından alıb.

TodayPress TV xəbər verir ki, bu barədə Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayev məlumat verib.

Onun sözlərinə görə, Azərbaycanın da iştirak etdiyi beynəlxalq komissiya araşdırmanı davam etdirir. Komissiya Azərbaycan, Qazaxıstan və Rusiya ekspertləri, eləcə də "Embraer" şirkətinin və Beynəlxalq Mülki Aviasiya Agentliyinin nümayəndələrindən ibarətdir.

Bozumbayev bildirib ki, texniki nəticələr beynəlxalq standartlara uyğun olaraq yaxın aylarda yekunlaşdırılacaq və təyyarə qəzasının başvermə səbəbləri rəsmi hesabatda addım-addım açıqlanacaq.

Qeyd edək ki, 25 dekabr 2024-cü ildə AZAL-a məxsus "Embraer 190" təyyarəsi Bakı–Qroznı reysini yerinə yetirərkən Aktau şəhərindən 3 km məsafədə qəzaya uğrayıb. Təyyarədəki 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb. İlkin məlumatlara görə, qəzaya yaxınlaşarkən təyyarə Rusiyanın "Pantsir-S" hava hücumundan müdafiə sistemi tərəfindən hədəfə alınıb.

Türkan İsgəndərli

TodayPress TV

tag: Qazaxıstan,AZAL,Qəza,Azərbaycan,Todaypress.tv,