Qalibaf Trampın təhdidlərinə cavab verdi: "Bəyanatlarınıza fikir verin"

Qalibaf Trampın təhdidlərinə cavab verdi: "Bəyanatlarınıza fikir verin"
21.06.2026 20:58 Dünya

İran parlamentinin sədri və ABŞ ilə danışıqlarda iştirak edən nümayəndə heyətinin rəhbəri Məhəmmədbaqer Qalibaf Ağ Ev rəhbəri Donald Trampın təhdidlərinə cavab verib.

"Report" xəbər verir ki, Qalibaf bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edib.

"Özləri barədə düşünmürlər ki, əgər təhdidlərinin bir nəticəsi olsaydı, bugünkü çarəsiz vəziyyətə düşməzdilər? Biz amerikalıların təhdidlərini heç sayırıq", - Qalibaf bildirib.

"Yaxşı olar ki, öz bəyanatlarına fikir versinlər. Silahlı Qüvvələrimiz onlara fərqli şəkildə cavab verməyə hazırdır", - parlament sədri xəbərdarlıq edib.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp Tehranın Hörmüz boğazını açmayacağı və Livandakı proksi qüvvələrinin fəaliyyətinin qarşısını almayacağı halda, İrana yenidən ağır zərbələr endiriləcəyini açıqlayıb.

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər