Qalibaf: ABŞ İrana qarşı quru əməliyyata hazırlaşır

Qalibaf: ABŞ İrana qarşı quru əməliyyata hazırlaşır
29.03.2026 14:40 Dünya

ABŞ gizli şəkildə İrana quru hücumu planlaşdırır.

TodayPress TV xəbər verir ki, bu barədə İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf məlumat verib.

"ABŞ öz istəklərini 15 bənddən ibarət siyahı şəklində ifadə edib və müharibədə nail ola bilmədiklərinə can atır. Düşmən açıq şəkildə danışıqlar barədə siqnal göndərir və eyni zamanda, gizli şəkildə quru hücumu planlaşdırır", - deyə o qeyd edib.

Bununla yanaşı, o vurğulayıb ki, İran istənilən quru hücumunu dəf etməyə hazırdır.

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər