Putin Zelenskini Moskvaya çağırdı
Rusiya Prezidenti Vladimir Putin Ukrayna lideri Volodimir Zelenski ilə görüş imkanını heç vaxt istisna etmədiyini bildirib.
TodayPress TV "TASS"a istinadən xəbər verir ki, bu barədə o, Çinə dörd günlük səfərinin yekunlarına dair mətbuat konfransında çıxışı zamanı danışıb.
“Dedim ki, bəli, bu mümkündür (Zelenski ilə görüşün keçirilməsi – red.). Əgər Zelenski hazırdırsa, gəlsin Moskvaya”.
Töhfə Səməd