Putin–Makron danışığı planlaşdırılmayıb – Kreml açıqladı

Putin–Makron danışığı planlaşdırılmayıb – Kreml açıqladı
05.02.2026 16:40 Dünya

Rusiya Prezidentinin qrafikində həftənin sonuna qədər Fransa Prezidenti ilə telefon danışığı nəzərdə tutulmayıb.

TodayPress TV xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov "TASS"a açıqlamasında bildirib.

O, Fransa Prezidenti Emmanuel Makronla mümkün telefon danışığı ilə bağlı sualı qısa şəkildə “Yox” cavabı ilə cavablandırıb.

Qeyd edək ki, dekabrın 19-da Emmanuel Makron Avropanı Rusiya Prezidenti Vladimir Putinlə dialoqa çağırmışdı. Fransa Prezidenti bunun Avropanın maraqları baxımından vacib olduğunu vurğulamışdı.

Qiymət Mahir

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər