Polşanın keçmiş prezidenti ABŞ-də iş tapdı
Polşanın
sabiq prezidenti Andjey Duda ABŞ-də fəaliyyətə başlayaraq mühafizəkar
“Heritage” Fonduna qoşulub və burada qonaq elmi işçi vəzifəsini icra edəcək.
TodayPress TV xəbər verir ki, "RMF24"ün məlumatına görə, Duda “Heritage” Fonduna qoşulmağı
özünə böyük şərəf saydığını bildirib.
O, prezident olduğu dövrdə azadlığın qorunması üçün çəkindirmənin, müdafiəyə
investisiyaların və möhkəm müttəfiqliklərin vacibliyinə əmin olduğunu
vurğulayıb. Sabiq dövlət başçısı yeni rolunda Avropada mühafizəkar siyasətin təşviqinə
töhfə vermək niyyətindədir.
Qiymət
Mahir