Polşa: Ukraynanın NATO-ya qəbul edilməsi üçün tezdir

Polşa: Ukraynanın NATO-ya qəbul edilməsi üçün tezdir
01.07.2025 11:34 Dünya

Polşa prezidenti Karol Navroçki bildirib ki, Ukrayna hələ Avropa İttifaqına (Aİ) üzvlük üçün lazım olan şərtləri yerinə yetirməyib.

TodayPress TV xəbər verir ki, o, bu barədə "Polsat" telekanalına müsahibəsində deyib.

Navroçki vurğulayıb ki, Ukraynanın Qərbə yaxın olması Polşanın maraqlarına uyğundur və ölkəsi Ukrayna ilə strateji əməkdaşlığı tərəfdaşlıq əsasında davam etdirmək istəyir.

O həmçinin qeyd edib ki, Ukraynanın NATO-ya qəbul edilməsi hazırda mümkün deyil, çünki bu, ittifaq üzvlərinin Rusiya ilə münaqişəyə qarışması demək olar.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər