Polşa “Iceye” peyk şirkətinin səhmlərini almaq istəyir

Polşa “Iceye” peyk şirkətinin səhmlərini almaq istəyir
21.07.2025 10:40 Dünya

Polşa hökuməti, Ukraynada Rusiya qoşunlarının hərəkətlərini izləmək üçün istifadə olunan “Iceye” peyk şirkətinin səhmlərini almağı planlaşdırır. 

TodayPress TV xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.

Məlumata görə, Varşava hazırda şirkətin səhmlərinin alınması üzrə danışıqların son mərhələsindədir. Sərmayələr dövlətin inkişaf bankı vasitəsilə həyata keçiriləcək.

Qeyd edək ki, bu addım Polşanın Müdafiə Nazirliyi üçün may ayında imzaladığı altı peykin alınması müqaviləsinin davamıdır. Rəsmi qurumlar isə məsələ ilə bağlı şərh verməkdən imtina ediblər.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
21 IYUL 2026
Bütün Xəbərlər