PKK/YPG Terror Təşkilatı Hələbdə atəşkəsi pozdu

PKK/YPG Terror Təşkilatı Hələbdə atəşkəsi pozdu
09.10.2025 17:21 Dünya

Hələbdə PKK/YPG minaatanlarla mövqe tutur

TodayPress TV "Haber Türk"ə istinadən xəbər verir ki, Suriyada PKK/YPG terror təşkilatı Hələbin şimalındakı Şeyx Məqsud və Əşrəfiyyə məhəllələrində minaatan mərmiləri yerləşdirib.

Oktyabrın 6-da məhəllələrdə PKK/YPG ilə Dəməşq hökumət qüvvələri arasında toqquşmalar baş vermiş, ikisi mülki olmaqla 3 nəfər həlak olmuşdu.

Suriya Müdafiə Nazirliyi bildirib ki, bundan sonra ölkənin şimal və şimal-şərqində PKK/YPG ilə atəşkəs razılaşması əldə olunub.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər