Pit Heqset: "Atəşkəs səbəbindən 60 günlük müharibə müddəti dayanıb"

Dünya

30.04.2026 21:25

ABŞ-nin müdafiə naziri Pit Heqset İranla müharibə üçün qanunla müəyyən edilmiş 60 günlük müddətin atəşkəs səbəbindən dayandırıldığını bəyan edib.

TodayPress TV xəbər verir ki, bu barədə o, senat komitəsində məlumat verib.

"Hazırda atəşkəs rejimindəyik, bu isə bizim anlayışımıza görə, 60 günlük müddətin durması və ya dayanması deməkdir", - deyə Heqset qeyd edib.

Bununla belə, o, yekun hüquqi qərarı Ağ Evin öhdəsinə buraxıb.

Aysel Mətləb

TodayPress TV

tag: ABŞ,İran,Atəşkəs,Pit Heqset,TodayPress TV,