Pezeşkianla SEPAH arasında gərginlik yaşanır?

Dünya

05.05.2026 23:39

"İran Prezidenti Məsud Pezeşkian və ölkənin Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) arasında ziddiyyətlər mövcud deyil".

TodayPress TV xəbər verir ki, bu açıqlama ilə İran Prezidenti Administrasiyasının rəhbəri Möhsün Hacı Mirzəyi çıxış edib.

Onun sözlərinə görə, bütün addımlar birgə razılaşdırılıb. Administrasiya rəhbəri bildirib ki, Pezeşkianla SEPAH komandirləri arasında heç bir ixtilaf yaşanmır.

"Prezidentin və hərbi komandirlərin qatıldığı bütün iclaslarda qərarlar tam yekdilliklə qəbul olunub", - deyə o, xüsusi olaraq vurğulayıb.

TodayPress TV

tag: İran,SEPAH,Dünya,Pezeşkian,Todaypress.tv,