Pezeşkian Xameneinin gizli razılığını açıqladı: ABŞ-la danışıqlara icazə verilib
"Hazırda bir çox media orqanları ölkənin ali rəhbəri Əli Xameneinin ABŞ ilə danışıqların aparılmasının yolverilməzliyi barədə səsləndirdiyi fikirləri yayımlayır".
TodayPress TV xəbər verir ki, bu sözləri İran Prezidenti Məsud Pezeşkian deyib.
Onun sözlərinə görə, o, bir vaxtlar bu məsələni şəxsən Xamenei ilə müzakirə edib və həmin görüş zamanı ali rəhbər “ləyaqətli şərtlər əsasında danışıqların aparılmasına və davam etdirilməsinə icazə verib”.
İran prezidenti vurğulayıb ki, Xameneinin mövqeyi ABŞ ilə danışıqların tamamilə rədd edilməsi deyil, onların ölkənin maraqları və ləyaqəti qorunmaqla həyata keçirilməsidir.