Pezeşkian müharibədə ona ilham verdiyinə görə Putinə təşəkkür etdi

Pezeşkian müharibədə ona ilham verdiyinə görə Putinə təşəkkür etdi
26.03.2026 23:20 Dünya

İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə müharibədə ona ilham verdiyinə görə Rusiya Prezidenti Vladimir Putinə təşəkkür edib.

TodayPress TV xəbər verirki, bu barədə Məsud Pezeşkian “X” sosial şəbəkəsində yazıb.

"Prezident Putinin açıqlamaları və Rusiya xalqının dəstəyi bizi bu müharibədə ruhlandırır. İran xalqının müqaviməti və cəsarəti region ölkələri tərəfindən Şərqi Asiyanın təhlükəsizliyini təmin edəcək yeni əlaqələr vəd edir. İran xalqı adından Rusiya hökumətinə və xalqına təşəkkür edirəm", - deyə onun bəyanatında bildirilib.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər