Pezeşkian: "İranın iradəsi nüvə sənayesi ilə ölkə ehtiyaclarını qarşılamaq üçündür"

Pezeşkian: "İranın iradəsi nüvə sənayesi ilə ölkə ehtiyaclarını qarşılamaq üçündür"
02.11.2025 14:35 Dünya

"İranın iradəsi nüvə sənayesini inkişaf etdirməklə nüvə silahını düzəltmək deyil, ölkənin ehtiyaclarını qarşılamaq üçündür".

TodayPress TV xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian nüvə sənayesi üzrə müdirlərlə görüşdə deyib.

Onun sözlərinə görə, İranın dincməqsədli nüvə fəaliyyətləri əleyhinə məqsədli şəkildə təbliğat aparılır. İctimai fikirdə İranın nüvə sənayesinin atom silahı düzəltmək məqsədi daşıdığı kimi təqdim olunur. 

Pezeşkian əlavə edib ki, bu sahənin uyğun olmayan mənfi nəticələrinin sadəcə bir hissəsi atom bombasını düzəltməkdir. Bu sahənin qalan hissəsi insanın əsaslı ehtiyaclarının aradan qaldırılması istiqamətindədir.

TodayPress TV


XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər