Pezeşkian: "Dinc etirazçılara qarşı davranışlar dəyişdirilməlidir"

Dünya

31.01.2026 17:31

İran Prezidenti Məsud Pezeşkian ölkə hakimiyyətini vətəndaşlara qarşı davranışlarını yenidən nəzərdən keçirməyə çağırıb.

TodayPress TV xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.

O bildirib ki, son etirazlar ölkənin düşmənləri tərəfindən daxili gərginliyi artırmaq və sabitliyi pozmaq məqsədilə istifadə edilib.

Pezeşkian vurğulayıb ki, sosial tələblərdən istifadə etməklə etirazların vətəndaş müharibəsinə çevrilməsinə cəhd olunub. Prezident deyib ki, hakimiyyət dinc etirazçıları dinləməli və onların real problemlərini həll etməlidir.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp daha əvvəl İrana doğru “nəhəng bir armada”nın göndərildiyini bildirərək, Tehranın nüvə silahlarından imtina etməyə razı olacağı ümidini ifadə edib. O, 2025-ci ilin iyununda həyata keçirilmiş “Gecəyarısı Çəkic” əməliyyatını xatırladaraq, növbəti hücumun daha sərt olacağını qeyd edib.

Türkan İsgəndərli

TodayPress TV

tag: İran,Pezeşkian,ABŞ,Etiraz,Todaypress.tv,