Pezeşkian ABŞ və İsrail zərbələrindən sonra ilk səfərini reallaşdırdı

Pezeşkian ABŞ və İsrail zərbələrindən sonra ilk səfərini reallaşdırdı
23.06.2026 19:00 Dünya

İslamabada gələn İran Prezidenti Məsud Pezeşkian Pakistanın Ordu Komandanı və Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Asim Munir ilə görüşüb.

TodayPress TV xəbər verir ki, bu səfər ABŞ və İsrailin fevralın 28-də İrana zərbələr endirməsindən sonra onun ilk xarici səfəridir.

Məlumata görə, Munir ilə görüşü zamanı Pezeşkian Pakistanın dialoq və gərginliyin azaldılmasında oynadığı rolu yüksək qiymətləndirib və İslamabadın "geosiyasi çağırışların artdığı bir dövrdə" dinc nizamlanmanı təşviq etmək sahəsindəki səylərini xüsusi qeyd edib.

Daha sonra Pezeşkian üçün Baş nazirin iqamətgahında fəxri qarovul dəstəsi düzülüb.

Hazırda onun Pakistanın Baş naziri Şahbaz Şərif ilə ikitərəfli görüşlər keçirməsi planlaşdırılır.

TodayPress TV

XƏBƏR LENTİ
23 IYUN 2026
Bütün Xəbərlər