Petrodan Trampa çağırış: "İsrailin Livana hücumlarını dayandırın"
Kolumbiya Prezidenti Qustavo Petro atəşkəsə baxmayaraq Livana qarşı hücumlarını davam etdirən İsrailin dayandırılması üçün ABŞ Prezidenti Donald Trampa çağırış edib.
TodayPress TV xəbər verir ki, bu barədə o, sosial media platformasındakı hesabında ppaylaşım edib.
ABŞ-nin İranla apardığı sülh danışıqlarını dəstəklədiyini bildirən Petro bu ifadələrdən istifadə edib:
"Ölkəmin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına sədrlik etdiyi bu ayda, Kolumbiya Prezidenti olaraq bu razılaşmanı dəstəkləyir və ona hörmətlə yanaşıram. Çünki bu, dünya üçün daha çox "həyat" deməkdir. İncil, dünya konstitusiyaları və bəşəriyyətin inşa etdiyi beynəlxalq hüquq üzərindəki mütaliələrimə əsaslanaraq inanıram ki, bu sazişə bütün xalqlar tərəfindən hörmət edilməlidir".
Lider qeyd edib ki, Trampın bu qorxunc münaqişəyə son qoyması üçün bəşəriyyət tərəfindən tam dəstəklənməsinin və İsrail xalqının öz hökumətlərinin düşmənləri deyil, qardaşları ola biləcək qonşularına hücum etməyi dayandırmasını təmin etməkdə bizə kömək etməsinin vaxtı gəlib çatıb.
Aysel Mətləb