Ankara səhərə əməliyyatlarla oyandı - İrimiqyaslı həbslər aparılır
Türkiyənin paytaxtı Ankarada terrorla mübarizə əməliyyatları çərçivəsində 209 nəfər saxlanılıb.
TodayPress TV xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Qeyd olunub ki, ümumilikdə 241 nəfər barəsində saxlanılma qərarı çıxarılıb, onlardan 209-u həbs edilib.
Bildirilib ki, sözügedən istiqamətdə əməliyyat-axtarış tədbirləri davam etdirilir.