Paşinyan 50 faiz səs yığa bilmədi, lakin qalib gəldi - Ölkənin qəribə seçki sistemi onu xilas etdi
Ermənistanın parlamentində 105 deputat olacaq. "Vətəndaş Müqaviləsi" Partiyasının 61, "Güclü Ermənistan"ın 28, "Ermənistan"ın 11, "Çiçəklənən Ermənistan"ın 5 mandatı olacaq.
TodayPress TV xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Parlamentə keçirilən növbədənkənar seçkilərin nəticələrinə görə, yeni parlamentdə 4 siyasi qüvvə olacaq: "Vətəndaş Müqaviləsi", "Güclü Ermənistan" alyansı və "Ermənistan" alyansı.
Mandatlar aşağıdakı kimi paylanacaq:
"Vətəndaş Müqaviləsi" - 61 mandat
"Güclü Ermənistan" alyansı 28 mandat
"Ermənistan" bloku – 11 mandat
"Çiçəklənən Ermənistan" partiyası – 5 mandat.
Son anda "Çiçəklənən Ermənistan" partiyası 4 faizlik həddi keçə bildi və bu, onların parlamentə daxil olmasına imkan verdi.
Qeyd edək ki, Paşinyanın partiyası səslərin 49.81%-ni yığıb. Bu nə deməkdir?
1) 4%-lik baryeri keçməyən xırda partiyaların səsləri avtomatik "Vətəndaş Müqaviləsi"nə hesablanacaq;
2) Nəticədə VM-nin səsləri 50%-i keçəcək;
3) Bundan sonra Ermənistanın seçki qanunvericiliyindəki bonus mexanizmi işə düşəcək və qalib partiyanın yerləri 54%-ə çatana qədər parlamentə yeni mandatlar (yerlər) əlavə olunacaq;
4) Yerlərin 54%-nə sahiblənən Paşinyan yeni hökuməti formalaşdıracaq.