Paşinyanın mətbuat katibi dəyişir - Yeni sözçü kim olacaq?
Ermənistan Baş naziri Nikol Paşinyanın mətbuat katibi vəzifəsində dəyişiklik ediləcəyi ilə bağlı iddia yayılıb.
TodayPress TV xəbər verir ki, “Hraparak” qəzetinin məlumatına görə, 26 yaşlı Melaniya Harutyunyan yeni mətbuat katibi vəzifəsinə gətirilə bilər.
O, hazırda hakim Vətəndaş Müqaviləsi Partiyasının gənclər şurasının katibi kimi fəaliyyət göstərir və seçki kampaniyası dövründə Paşinyanı səfərlərdə və görüşlərdə müşayiət edib.
Məlumata əsasən, Melaniya Harutyunyan hazırkı mətbuat katibi Nazeli Baqdasaryanı əvəz edə bilər. Baqdasaryan bu vəzifəni təxminən dörd il icra edib.
Türkan İsgəndərli