Paşinyan: "Biz Ermənistanı sülhə gətirərək geosiyasi tələdən çıxardıq"
"Qarabağ hərəkatı Respublikasının yaradılmasına mane olan bir rıçaq idi".
TodayPress TV xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan "Vətəndaş müqaviləsi" Partiyasının 8-ci növbədənkənar konfransında bildirib.
"Biz Qarabağ hərəkatının davam etməsinə yol verməmək iradəsini nümayiş etdirdik və Ermənistanı sülhə gətirdik. O, xalqımız üçün sərfəli görünürdü, ancaq əslində geosiyasi tələ idi. Biz Ermənistanı geosiyasi tələdən çıxardıq və xalqa söz verdiyimiz kimi, Ermənistanı sülhə gətirdik", - deyə Paşinyan vurğulayıb.