Papa hücumlarda səmadan istifadə etməməyə çağırdı

Papa hücumlarda səmadan istifadə etməməyə çağırdı
23.03.2026 19:15 Dünya

Roma Papası XIV Leo silahlı münaqişələr zamanı zərbələrin endirilməsi üçün aviasiyadan istifadənin qadağan edilməsinə çağırıb.

TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

"Heç kim səmadan ölüm gələ biləcəyi qorxusu ilə yaşamamalıdır. XX əsrin faciəvi təcrübəsindən sonra hava bombardmanları əbədi olaraq qadağan edilməli idi, lakin onlar hələ də mövcuddur. Bu tərəqqi deyil, bu tənəzzüldür", - Papa bəyan edib.

Qeyd olunub ki, XIV Leo İranla müharibədə atəşkəsə dəfələrlə çağırış edib.

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər