Pakistan Kabilə hava hücumu həyata keçirdi
Pakistan Hərbi Hava Qüvvələri Kabilə hava hücumları həyata keçirib.
TodayPress TV xəbər verir ki, bu barədə Əfqanıstan hökumətinin sözçüsü Zəbihullah Mücahid məlumat yayıb.
O bildirib ki, hücum nəticəsində narkotik reabilitasiya mərkəzinə ziyan dəyib. Onun sözlərinə görə, Pakistan Kabildəki narkotik reabilitasiya mərkəzinə zərbə endirməklə Əfqanıstanın hava məkanını bir daha pozub və nəticədə müalicə alan narkotik asılılarının ölümü və yaralanması baş verib.
Aysel Mətləb