Pakistan-Əfqanıstan hərbi əməliyyatları dayandırıldı

Pakistan-Əfqanıstan hərbi əməliyyatları dayandırıldı
18.03.2026 20:00 Dünya

Pakistan hakimiyyəti Ramazan bayramı günlərində Əfqanıstana qarşı hərbi əməliyyatları dayandırmaq qərarına gəlib.

TodayPress TV xəbər verir ki, bu barədə Pakistanın informasiya və yayım naziri Attaullah Tarar sosial şəbəkədə yazıb.

Onun sözlərinə görə, İslamabad bu qərarı öz təşəbbüsü, eləcə də Səudiyyə Ərəbistanı, Qətər və Türkiyənin xahişi ilə qəbul edib. Tarar bildirib ki, atəşkəs 2026-cı il martın 18-dən 19-na keçən gecə yarısından martın 23-dən 24-nə keçən gecə yarısınadək qüvvədə olacaq.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər