Okinava yaxınlığında təhlükəli hava insidenti
Çinin “Liaoning” təyyarədaşıyan gəmisindən havaya qalxan J-15 qırıcıları Okinavanın cənub-şərqində radarlarını Yaponiyanın F-15 hərbi təyyarələrinə yönəldib.
TodayPress TV xəbər verir ki, bunu Yaponiyanın müdafiə naziri Şinjiro Koizumi bildirib. Nazirin sözlərinə görə, ilk hadisə beynəlxalq sularda baş verib və J-15 qırıcısı radar tuşlamasını üç dəqiqə davam etdirib. Təxminən iki saat sonra isə eyni ərazidə oxşar vəziyyət yaşanıb və ikinci hadisə 31 dəqiqə davam edib.
Tokio baş verənləri təhlükəli hərəkət kimi qiymətləndirib və Çin tərəfinə sərt etirazını çatdırıb. Yaponiya bu cür halların təkrarlanmamasını tələb edib.
Jalə Rövşən